Azeri kızlarımız gelin bir araya konuşalım🇦🇿🇹🇷🥰

Bussraa1234

Üye
Kayıtlı Üye
14 Nisan 2022
244
52
23
mənim də həkimim odur.İndi onla davam edirsiniz?
O həkim deyilənə görə çox savadlı həkimdi. Bacımın da həkimi olub baclm - qan qrupu olub və ilk övladı 4 gün yaşayıb keçinib. Daha sonra bu həkimlə davam edib və 10 yaşında oğlu var. Mən ilk gedəndə 7 həftılik olmalıydı 5 həftəlik isi kisə var idi ama uşaq yox idi. Mənə tsh t3, t4 üanın ümumi analizi nə bilim qandan nə qədər analiz verdirdi. Nəysə 2 həftə sonra getdim ürək döyüntüsünü eşitdik hərşey yaxşıdı dedi mənim də qanım - di. Və həkimə bildirmişdim. Həkimdən gələndən 2 həftə sonra şiddətli ağrı sanki doğuş sancısıdı və şiddətli qanaxmayla getdim. 2 iynə vurdu uziyə düşdüm uşaq normal həkim bilmədi səbəb nədi. Xəstəxanadan gələndən neçə saat sonra uşaq düşdü. Zəng etdim həkimə ki düşüb uşaq mənə dediyi söz " düşəcəkdi də balacaydı" oldu. Ondan sonra o həkimlə qutardım.
İndi oksigen klinikasında Samirə xanımın yanına gedirəm. Məni abort etdi. Yoxlanışa getdim yaxma götürdü infeksiyadan deşə bilər dedi. İnfeksiya var mı yox mu onu bilmək üçün yaxma analizi verdim cavabını gözləyirəm